Bakıda birmərtəbəli ev yanıb 

13:11 01.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda birmərtəbəli ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, Xəzər rayonunda bir dam altında tikilən ümumi sahəsi 180 m² olan iki ailəyə məxsus birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.